"Abrams" tankları avqusta qədər gəlsə, çox gec olacaq - Zelenski

20:49 - 27 Yanvar 2023 - DÜNYA

"ABŞ vəd etdiyi Abrams tanklarını mümkün qədər tez Kiyev hakimiyyətinə təhvil verməlidir, əks halda “çox gec” olacaq".

Ucnoqta.az xəbər verir ki, Ukrayna prezidenti Vladimir Zelenski deyib. Eyni zamanda Ukrayna lideri əlavə edib ki, Kiyevin ilk Avropa tanklarını nə vaxt alacağı barədə məlumatı yoxdur.

"Bu gün heç kim tankların, məsələn, "Leopard 2"nin Ukraynada nə vaxt olacağını bilmir. Təbii ki, bunu bir neçə günə, bir neçə həftəyə öyrənəcəyik, lakin ümumilikdə götürdükdə bu, böyük problemdir", - o deyib. .

Xəbər xətti