Ərdoğan Azərbaycanın İrandakı səfirliyinə terror hücumunu qınayıb

17:03 - 27 Yanvar 2023 - Xəbər

Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan Azərbaycanın İrandakı səfirliyinə terror hücumunu qınayıb.

Bu barədə Türkiyə lideri “Twitter“də bildirib.

“Azərbaycanın Tehran səfirliyinə edilən, təhlükəsizlik əməkdaşının şəhid edildiyi mənfur hücumu şiddətlə qınayıram. Azərbaycanlı qardaşlarımıza başsağlığı diləklərimi çatdırır, yaralılarımıza təcili şəfalar diləyirəm.

Türkiyə can dostu və qardaşı Azərbaycanın yanındadır” – Türkiyə Prezidenti vurğulayıb.///Apa

Xəbər xətti