Yüksək sürətlə hərəkətdə olan “Prado” ağaclığa çırpıldı - VİDEO

16:51 - 27 Yanvar 2023 - HADİSƏ

Bakının Sabunçu rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Oxu.Az-ın xəbərinə görə, Maştağa qəsəbəsində yüksək sürətlə hərəkətdə olan “Toyota Prado” markalı avtomobilin sürücüsü idarəetməni itirərək maşını yol kənarındakı ağaclığa çırpıb.

İlkin məlumata görə, qəza zamanı bir nəfər xəsarət alıb.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunublar.

 

Xəbər xətti