Finlandiya prezidenti Stoltenberqlə NATO-ya üzvlük məsələsini müzakirə edib

19:45 - 26 Yanvar 2023 - DÜNYA

Finlandiya prezidenti Sauli Niinistö NATO-nun baş katibi Yens Stoltenberq ilə telefon danışığı keçirib

Ucnoqta.az xəbər verir ki, telefon danışığı zamanı respublikanın alyansa üzvlük perspektivləri müzakirə edilib.

Bundan əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrlik etdiyi Türkiyənin Ədalət və İnkişaf Partiyasının (AKP) sözçüsü Ömər Çelik bildirmişdi ki, Finlandiya NATO ilə alyansa üzvlük məsələsini İsveçdən ayrı olaraq müzakirə etməyə davam edəcək.

Daha əvvəl məlum olduğu kimi, İsveç və Finlandiyanın NATO-ya qəbulu ilə bağlı Ankara, Stokholm və Helsinki arasında fevrala planlaşdırılan danışıqlar qeyri-müəyyən müddətə təxirə salınıb. Səbəb şənbə günü Stokholmda baş verən Quranın yandırılması ilə bağlı Türkiyə əleyhinə aksiyalar olub.

Xəbər xətti