“"Qarabağ"ın bir fəlsəfəsi var: qalib gəlmək”

12:13 - 25 Yanvar 2023 - İDMAN

“Qarabağ”ın köklü heyəti, Qurban Qurbanovun qurduğu güclü sistemi var. Bu komandadan neçə futbolçunun getməsindən, neçə futbolçunun gəlməsindən asılı olmayaraq, “Qarabağ”ın tərkibi heç vaxt zəifləmir. "Qarabağ"ın bir fəlsəfəsi var: qalib gəlmək."

Ucnoqta.az xəbər verir ki, bu sözləri “Turan-Tovuz”un baş məşqçisi Ayxan Abbasov bildirib. Baş məşqçi qeyd edir ki,  bu komandaya qarşı oynamaq çətindir:
"Təbii ki, “Qarabağ”a yeni gələnə də baxdıq. Onun potensialı və yaxşı karyera tarixi var. Yəqin ki, “Qarabağ”da özünü göstərə biləcək”, - deyə o, əlavə edib.

 Qeyd edək ki, bu gün futbol üzrə ölkə çempionatının 190-cı turunda bu iki komanda qarşılaşacaq.

Pünhan

 

Xəbər xətti