Çərşənbə axşamı İsveçin Türkiyə paytaxtındakı səfirliyi mümkün nümayişlərə görə ictimaiyyətə bağlanıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə krallığın Xarici İşlər Nazirliyi məlumat yayıb.
Həftə sonu İsveçin Ankaradakı səfirliyi qarşısında toplaşan qəzəbli kütlə İstanbuldakı konsulluğun qarşısında İsveç bayrağını yandırıblar.
Yanvarın 21-də sağçı ekstremist “Sərt kurs” partiyasının lideri Rasmus Paludan Türkiyə səfirliyi qarşısında mitinq keçirib.