"Vardanyan Putinin Qarabağa göndərdiyi rusiyalı oliqarxdır" - ABŞ institutu

"Ruben Vardanyan Rusiya Prezidenti Vladimir Putinin faktiki olaraq Qarabağa göndərdiyi rusiyalı oliqarxdır, lakin Qərbdə çoxları ona qərbyönlü erməni vətənpərvər kimi yanaşır".

Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, bunu ABŞ-ın Hudson İnstitutunun böyük elmi işçisi Maykl Doran tviterdə yazıb.

O, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərindəki separatçıların tör-töküntülərinin başçılarından sayılan R.Vardanyanı tənqid edib.

Xatırladaq ki, R.Vardanyan 2022-ci il noyabrın 4-də Qarabağdakı erməni separatçıların "dövlət naziri" (baş nazir) təyin olunub.

Azərbaycan onun ölkə ərazisinə daxil olmasını və bölücülüklə məşğul olmasını qanunazidd addım və cinayət sayır.

Tarix
24 Yanvar 2023 [11:49]
Müəllif
Üç nöqtə
2023-01-24 11:49:19
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İnternetin sürətindən razısınız?
 bəli
 xeyr
 qismən
 bilmirəm
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin