Bəhram Bağırzadənin kitabları çex dilində nəşr olunacaq

16:34 - 16 Yanvar 2023 - Mədəniyyət

Çexiyanın paytaxtı Praqada Bəhram Bağırzadənin kitabları çex dilində nəşr olunacaq.

Ucnoqta.az xəbər verir ki, bu barədə o sosial şəbəkədə yazıb. Bildirilir ki, kitablar arasında “Bakı uşaqlar üçün”, “Şuşa uşaqlar üçün”, “Azərbaycanın xristian məbədləri” və “Praqa uşaqlar üçün” kitabları var.

Bu yaxınlarda Bəhram Bağırzadə FChain Corporation ilə müqavilə imzalayıb və Çexiya tərəfi azərbaycanlı müəllifin kitablarını nəşr etmək arzusunu bildirib.

Bununla da çex uşaqları Azərbaycanın qədim şəhərlərinin tarixi və adət-ənənələri ilə yaxından tanış olmaqla yanaşı, Çexiyanın paytaxtı haqqında kitab oxuya biləcəklər.

Xəbər xətti