Çində 200-dən çox avtomobil toqquşdu - bir nəfər ölüb

13:03 - 28 Dekabr 2022 - HADİSƏ

Çinin mərkəzi olan Henan əyalətində 200-də çox avtomobil toqquşub.

Ucnoqta.az xəbər verir ki, bu barədə ölkənin mərkəzi telekanalı məlumat verib. Məlumata görə bir nəfər ölüb, yaralılar var. Kadrlarda avtomobillərə ciddi ziyan dəydiyi görünür. Qəza Çjençjou şəhərində güclü duman səbəbindən baş verib. Hadisə yerinə polis əməkdaşları və xilasedicilər cəlb olunub. Magistral yolda hərəkətin tezliklə bərpa olunacağı bildirilir. 
 

Xəbər xətti