Dünya Çempionatının ən yaxşı qolu məlum oldu - VİDEO

17:39 - 23 Dekabr 2022 - İDMAN

Qətərdə keçirilən dünya çempionatının ən yaxşı qolu məlum olub

Ucnoqta.az FİFA-ya istinadən xəbər verir ki, 2022-ci il dünya çempionatında ən yaxşı qolu “Tottenhem Hotspur” və Braziliya yığmasının hücumçusu Riçarlison vurub.

25 yaşlı braziliyalı mundialın qrup mərhələsinin ilk turunda Serbiya komandası ilə görüşdə (2:0) qol vurub. Hücumçu topu özünün gözəl zərbəsi ilə rəqib qapısına göndərdi. Yeri gəlmişkən, həmin matçda o, dubl edib.

Azarkeşlərin səsverməsində o, Salem Əl-Davsari (Səudiyyə Ərəbistanı), Kodi Qakpo (Hollandiya), Enzo Fernandes (Argentina), Vinsent Abubakar (Kamerun), Luis Çaves (Meksika), Kilian Mbappe (Fransa), Bek Seunqu Ho (Cənubi Koreya) və Neymarı (Braziliya) qabaqlayıb. 

Emin

Xəbər xətti