Ermənilərə məxsus təcili yardım avtomobili Laçın yolundan maneəsiz keçib - VİDEO

13:21 - 19 Dekabr 2022 - ÖLKƏ İÇİ

Xankəndi-Laçın yolunda etiraz edən aksiya iştirakçıları ermənilərə məxsus təcili yardım avtomobilinin maneəsiz hərəkətinə şərait yaradıblar

Ucnoqta.az xəbər verir ki, Beynəlxalq Qırmızı Xaç Cəmiyyətinə (BQXK) məxsus avtomobillərin müaşayiəti ilə təcili yardım maşını maneəsiz şəkildə Laçın istiqamətində yola düşüb.

Bu onu göstərir ki, Azərbaycan humanitar məqsədli maşınların keçidi üçün heç bir problem yaratmır. Etiraz aksiyasında məqsəd Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının, xüsusilə Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarının qanunsuz istismarına son qoyulmasıdır.

Xatırladaq ki, 2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb.

Emin

Xəbər xətti