XƏBƏRDARLIQ: 3 gün 7 rayonda qaz OLMAYACAQ

13:08 - 10 Dekabr 2022 - ÖLKƏ İÇİ

Azərbaycanın cənub rayonlarında 3 gün təbii qaz olmayacaq

Ucnoqta.az xəbər verir ki, bu barədə "Azəriqaz" rayon icra hakimiyyətlərinə xəbərdarlıq göndərib. Belə ki, SOCAR-ın Qaz ixrac idarəsindən Biləsuvar rayon İcra Hakimiyyətinə daxil olmuş məlumata əsasən Dövlət proqramı çərçivəsində təbii qaz həcminin qəbul edilməsini, əhaliyə fasiləsiz və təhlükəsiz çatdırılmasını təmin etmək üçün "Astara-Qazməmməd" magistral qaz kəmərində aparılan təmir və yeni çəkilmiş boru hissəsinin mövcud qaz kəmərinə qoşulması işlərinə görə 13-15 dekabr 2022-ci il tarixlərində, 3 gün müddətinə respublikanın cənub rayonlarına, o cümlədən Biləsuvar rayonuna verilən təbii qazın verilişi dayandırılacaqdır.


Xəbər xətti