Tokayev yeznəsini işdən çıxardı

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Temirtay İzbastini Qazaxıstan Respublikasının Bolqarıstandakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən azad edib.

Tokayevin bacısının həyat yoldaşı olan Temirtay İzbastin 2019-cu ildən Bolqarıstanda səfirdir.

Qazaxıstanda 2022-ci il iyunun 5-də keçirilən respublika referendumunda dövlət başçısının qohumlarının siyasi dövlət qulluqçusu və kvazi-dövlət sektorunun rəhbərləri vəzifələrini tutmasını qadağan edən düzəlişlər qəbul edilib.

Qazaxıstan Respublikasının Litvadakı keçmiş səfiri Viktor Temirbayev Bolqarıstana səfir təyin olunub. Litvadakı səfir vəzifəsini 2021-ci ilə qədər Qazaxıstanın Ermənistandakı diplomatik missiyasına rəhbərlik edən Timur Urazayev tutub.///oxu.az

Tarix
9 Dekabr 2022 [11:00]
Müəllif
Üç nöqtə
2022-12-09 11:00:02
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İnternetin sürətindən razısınız?
 bəli
 xeyr
 qismən
 bilmirəm
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin