Moskvada ticarət mərkəzi yanır - FOTO (YENİLƏNİB)

Moskvada “Meqa Ximki” ticarət mərkəzindəki OBI hipermarketində yanğın zamanı bir nəfər ölüb.

Bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

09:08

Rusiyanın Moskva şəhərində “Meqa Ximki” ticarət mərkəzinin yerləşdiyi binada yanğın baş verib.

Bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin Moskva vilayəti üzrə Baş İdarəsinin rəsmi saytında məlumat verilib.

Yanğın 7000 kvadratmetr ərazini əhatə edir. Binanın dam örtüyü yanır. Təxliyə həyata keçirilməyib. Zərərçəkənlər barədə məlumat daxil olmayıb.

Əraziyə cəlb edilən yanğınsöndürənlər alovu söndürmək üçün tədbirlər görürlər.

Qeyd edilir ki, “Meqa Ximki” ticarət mərkəzindəki OBI hipermarketində partlayış olub, daha sonra çökmə baş verib. Çökmə sahəsi 5 min kvadratmetr ərazini əhatə edib.///oxu.az

Tarix
9 Dekabr 2022 [10:13]
Müəllif
Üç nöqtə
2022-12-09 10:13:29
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İnternetin sürətindən razısınız?
 bəli
 xeyr
 qismən
 bilmirəm
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin