"Qarabağ" "Qəbələ" ilə heç-heçə etdi

22:41 - 8 Dekabr 2022 - İDMAN

Bu gün Azərbaycan kubokunda 1/4 final mərhələsinin ilk oyunları keçirilib.

Ucnoqta.az  xəbər verir ki, ilk oyun günündə "Zirə" "Neftçi"ni qəbul edib. Oyun meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Günün ikinci görüşü "Qəbələ" "Qarabağ" arasında baş tutub. İlk hissədə hesabı "Qəbələ" açsa da komandalar arasında qalib müəyyənləşməyib, oyun 2:2 hesabı ilə başa çatıb. 

8 dekabr (cümə axşamı)

20:30. “Qarabağ” – “Qəbələ” - 2:2 

Qollar: Emil Səfərov, 25 (0:1), Musa Qurbanlı, 45 (1:1), Musa Qurbanlı, 84 (2:1), Omar Hani, 87 (2:2)
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Kamranbəy Rəhimov
“Azersun Arena”

Xəbər xətti