Niderland ABŞ-a qalib gələrək 1/4 finala yüksəldi

21:34 - 3 Dekabr 2022 - İDMAN

Bu gün DÇ-2022-də 1/8 final mərhələsinə start verilib.

Ucnoqta.az xəbər verir ki, günün ilk matçında Niderland millisi ABŞ-la üz-üzə gəlib. "Xəlifə" stadionunda keçirilən görüş 3:1 Niderlandın qələbəsi ilə başa çatıb. Bu qələbə sayəsində Niderland 1/4 finala yüksəlib.

Qeyd edək ki, günün digər matçı Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. Argentina və Avstraliya yığmaları "Əhməd ibn-Əli" stadionunda qarşılaşacaq. 


3 dekabr

DÇ-2022, 1/8 final

19:00. Niderland - ABŞ - 3:1

Qollar: Memfis Depay, 10 (1:0), Blind, 45+1 (2:0),  Rayt, 76 (2:1), Dumfris, 81 (3:1)

Baş hakim: Vilton Sampayo (Braziliya)

"Xəlifə" stadionu

Xəbər xətti