Xorvatiyada çempionat yanvarın 21-dən davam etdiriləcək

15:37 - 30 Noyabr 2022 - İDMAN

Qətərdə futbol üzrə dünya çempionatı davam edir. Artıq qrup mərhələsi başa çatır. Bəzi ölkələrin milli komandaları dünya çempionatında iştirak etdiyindən həmin ölkələrdə milli çempionatlar qış fasiləsinə gedib.

Ucnoqta.az xəbər verir ki, bu səbəbdən də Azərbaycan millisinin və Zaqreb “Dinamo”sunun hücumçusu Mahir Əmrəli də  “məzuniyyətə” çıxaraq Azərbaycana gəlib.

Xorvatiyada çempionat yanvarın 21-dən davam etdiriləcək. Mahir Əmrəli bundan əvvəl məşqlərə qatılmalıdır.

Xatırladaq ki, 17-ci turdan sonra "Dinamo" liderdir və onun 41 xalı var.

Xəbər xətti