Mbappe Tunislə oyunu buraxa bilər

12:08 - 30 Noyabr 2022 - İDMAN

Mbappe zədə səbəbindən Tunislə oyunu buraxa bilər.

Ucnoqta.az xəbər verir ki, fransalı hücumçu məşq zamanı topuğunda narahatlıq hiss edib. Bu səbəbdən Baş məşqçi Didye Deşam Mbappeyə Tunislə oyunda istirahət verməyi düşünür.

23 yaşlı hücumçunun futbol üzrə dünya çempionatının qrup mərhələsinin final oyununda 90 dəqiqənin hamısını oynamaq şansı çox azdır. Mbappe oynamasa, o zaman Randal Kolo-Mouaninin meydana daxil olmaq şansı olacaq.

Qeyd edildiyi kimi, Mbappe öz qol statistikasını yaxşılaşdırmaq üçün sahəyə çıxmaq istəyir. O, J. Fonteninn dünya çempionatlarında Fransa yığmasının heyətində vurduğu qol rekordunu təzələmək istəyir.  Rekordu təzələmək üçün onun vuracağı 6 qol qalıb.

Pünhan

 

Xəbər xətti