Şirvan sakini özünü anbarda asdı

10:18 - 30 Noyabr 2022 - HADİSƏ

Şirvanda 32 yaşlı kişi intihar edib.

“Report”un əldə etdiyi məlumata görə, hadisə noyabrın 29-u saat 23:30 radələrində Şirvan şəhəri, Naxçıvan küçəsində yerləşən evlərin birində qeydə alınıb.

Belə ki, 1990-cı il təvəllüdlü Cəfərov Babək Rasul oğlu yaşadığı evin həyətyanı sahəsindəki anbarın tavanından özünü asıb.

Faktla bağlı Şirvan Şəhər Prokurorluğunda araşdırma aparılır.

 

Xəbər xətti