DÇ-2022: Bu gün daha 4 oyun var

08:50 - 30 Noyabr 2022 - İDMAN

Qətərdə təşkil olunan dünya çempionatının qrup mərhələsində bu gün 3-cü turun son oyunları keçiriləcək.

Ucnoqta.az xəbər verir ki, C və D qruplarında növbəti mərhələyə çıxacaq komandalar məlum olacaq. D qrupunda Fransa Tunislə, Avstraliya isə Danimarka ilə qarşılaşacaq. Hər iki oyun Bakı vaxtı ilə saat 19:00-da start götürəcək.

C qrupunda Polşa Argentina ilə, Səudiyyə Ərəbistanı yığması Meksika ilə qarşılaşacaq. Bu oyunlar isə Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

DÇ-2022

D qrupu

3-cü tur

19:00. Avstraliya - Danimarka

19:00. Tunis - Fransa

C qrupu

23:00. Səudiyyə Ərəbistanı - Meksika

23:00. Argentina - Polşa

Pünhan

Xəbər xətti