Ceyhun Bayramov Polşaya getdi

08:15 - 30 Noyabr 2022 - SİYASƏT

Ceyhun Bayramov ATƏT XİN Şurasının iclasında iştirak etmək üçün Polşaya yola düşüb

XİN-dən Ucnoqta.az-a verilən məlumata görə, 30 noyabr 2022-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Xarici İşlər Nazirləri Şurasının 29-cu iclasında iştirak etmək məqsədilə Polşa Respublikasına işgüzar səfərə yola düşüb.

Səfər çərçivəsində, həmçinin nazir Ceyhun Bayramovun ikitərəfli görüşlərinin keçirilməsi də nəzərdə tutulur.

Xəbər xətti