DÇ-2022: Xorvatiya Kanadanı darmadağın etdi

Qətərdə təşkil olunan DÇ-2022-də qrup mərhələsinin 2-ci turunun oyunları davam edir.

Ucnoqta.az xəbər verir ki, F qrupunda Xorvatiya Kanada ilə qarşılaşıb. Oyun xorvatların 4:1 hesablı qələbəsi ilə başa çatıb. Hesabı 2-ci dəqiqədə Kanada yığmasının oyunçusu Alfonso Deyvis açsa da qapılarında 4 qol görüblər.

Qeyd edək ki, hər iki görüşdə uduzan Kanada millisi pley-offa çıxmaq şansını itirib.

27 noyabr

F qrupu

20:00. Xorvatiya - Kanada - 4:1

Qollar: Alfonso Deyvis, 2 (0:1), Andrey Kramariç, 36 (1:1), Marko Livaya, 44 (2:1), Andrey Kramariç, 70 (3:1), Lovro Mayer, 90+4 (4:1)

Baş hakim: Andres Matonte (Uruqvay)

"Xəlifə" stadionu

Tarix
27 Noyabr 2022 [22:18]
Müəllif
Üç nöqtə
2022-11-27 22:18:05
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İnternetin sürətindən razısınız?
 bəli
 xeyr
 qismən
 bilmirəm
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin