DÇ-2022: Mərakeş Belçikanı məğlub etdi

19:41 - 27 Noyabr 2022 - İDMAN

Qətərdə təşkil olunan DÇ-2022-də qrup mərhələsinin bu gün növbəti oyunları keçirilir.

Ucnoqta.az xəbər verir ki, F qrupunun Belçika Mərakeşlə qarşılaşıb.

İlk yarıda hesab açılmasa da, mərakeşlilər əzmli oyun nəticəsində ikinci hissədə 2 qol vuraraq Belçika yığmasını məğlub ediblər.

Qeyd edək ki, bu qrupun digər oyununda Xorvatiya ilə Kanada Bakı vaxtı ilə saat 20:00-da qarşılaşacaq.

DÇ-2022, qrup mərhələsi

27 noyabr, II tur
F qrupu

17:00. Belçika – Mərakeş 0:2

Qol: Abdelhamid Sabiri, 73, Zakaria Abuxlal, 90+2

Xəbər xətti