Hikmət Hacıyev İranın Azərbaycandakı səfiri ilə görüşüb     
                    
                    
                    
                        
                                         
             
            05:05  -  18 Noyabr   2022 -  SİYASƏT
                    
                    
                                                                  
                                                  
                            
                            Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri üzrə şöbə müdiri Hikmət Hacıyev İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi ilə görüşüb.
Ucnoqta.az xəbər verir ki, bu barədə səfirlikdən bildirilib. 
Bildirilib ki, görüşdə iki ölkə arasındakı münasibətlər və regional əməkdaşlığın perspektivləri müzakirə olunub.