Azərbaycanın Fransadakı səfiri qətnaməyə münasibət bildirib     
                    
                    
                    
                        
                                         
             
            08:14  -  16 Noyabr   2022 -  SİYASƏT
                    
                    
                                                                  
                                                  
                            
                            Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva Senatın Azərbaycanla bağlı qətnaməsinə münasibət bildirib.
Ucnoqta.az xəbər verir ki, diplomat Tvitter hesabında bildirib ki, Senatın 15 noyabr tarixli qərarı bir daha reallığa uyğun gəlməyən səhv yanaşmadan xəbər verir.
Diplomat bildirib ki, bu qətnamə Azərbaycanla Ermənistan arasında normallaşma prosesinə xidmət etmir və regionda sülhyaratma prosesinə kölgə salır.