Biləsuvarda iki maşın toqquşub - ölən var

Biləsuvarda ölümlə nəticələnən yol qəzası baş verib.

APA-nın məlumatına görə, oktyabrın 4-də Biləsuvar rayonunda yerləşən 5 saylı Cəbrayıl məcburi köçkün qəsəbəsinin Şahvəlli kəndi ərazisində yük avtomobili ilə “Jiquli” markalı avtomobilin toqquşması nəticəsində 3 nəfər xəsarət alıb. Sürücü, Ağdam sakini, 1999-cu il təvəllüdlü Əliyev Fuad Ələmdar oğlu və avtomobildə olan sərnişin, kəllə-beyin travması alan Cəbrayıl rayon sakini, 2005-ci il təvəllüdlü Məhərrəmov Alışan Vidadi oğlu Şirvan şəhər xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Sonuncu bu gün günorta saatlarında reanimasiya şöbəsində ölüb.

Faktla bağlı Cəbrayıl rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

 

Tarix
6 Oktyabr 2022 [15:56]
Müəllif
Üç nöqtə
2022-10-06 15:56:23
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İnternetin sürətindən razısınız?
 bəli
 xeyr
 qismən
 bilmirəm
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin