Ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlandı

15:17 - 6 Oktyabr 2022 - Cəmiyyət

Bu il ədəbiyyat üzrə Nobel mükafatının qalibi fransalı yazıçı Anna Erno olub

Məlumatı Nobel Komitəsi yayıb.

Qeyd edilib ki, qalibin elan olunma mərasimi İsveçin paytaxtı Stokholm şəhərində yerləşən Kral Elmlər Akademiyasında keçirilib.

Məlumat üçün bildirək ki, Anna Erno 1940-cı il sentyabrın 1-də Fransanın Lilbon şəhərində anadan olub. O, Ruan Universitetini bitirdikdən sonra orta məktəbdə ədəbiyyat fənnini tədris edib.

Anna Ernonun “Les Armoires vides” (“Boş rəflər”) adlı ilk romanı 1974-cü ildə işıq üzü görüb.///report


Xəbər xətti