Nicat Ağayev yüksək vəzifəyə təyin edildi

11:00 - 6 Oktyabr 2022 - Xəbər

Gəncə Şəhər İcra Hakimiyyətində növbəti kadr təyinatı baş tutub.

Manset.az-ın əldə etdiyi məlumata görə, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun müvafiq əmri ilə Nicat Ağayev Gəncə Şəhər İcra Hakimiyyəti başçısının köməkçisi təyin edilib.

Qeyd edək ki, bir müddət bundan əvvəl Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun köməkçisi Fərid Məmmədov öz istəyi ilə vəzifəsindən azad olunmuşdu.

 

Xəbər xətti