Nazir 150 mindən çox müəllimi təbrik etdi

09:53 - 5 Oktyabr 2022 - Xəbər

Elm və təhsil naziri Emin Əmrullayevin adından 5 oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə 150 mindən çox müəllimin telefonuna təbrik mesajı göndərilib.

Ucnoqta.az təbrik mesajını təqdim edir:

"Dəyərli Azərbaycan müəllimi!

Övladlarımızın işıqlı gələcəyi naminə fədakar əməyinizə görə Sizə təşəkkür edir, şərəfli və məsuliyyətli fəaliyyətinizdə uğurlar arzulayıram.

Beynəlxalq Müəllimlər Gününüz mübarək!"

Xəbər xətti