Qazaxda təcili yardım avtomobili qəzaya düşüb

21:13 - 4 Oktyabr 2022 - HADİSƏ

Qazaxda yol-nəqliyyat hadisə baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun mərkəzində qeydə alınıb.

“Mercedes” markalı təcili yardım avtomobili digər "Mercedes"lə toqquşub. Qəza zamanı xəsarət alan olmasa da, avtomobilərə ciddi ziyan dəyib. Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti