Leyla Abdullayeva Edilli kəndində aşkarlanan daha bir kütləvi məzarlıqla bağlı paylaşım edib

21:00 - 4 Oktyabr 2022 - SİYASƏT

Xocavənd rayonunun Edilli kəndində daha bir kütləvi məzarlıq aşkar edilib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva tviter hesabında paylaşım edib.

Paylaşımda deyilir: “12 hərbçinin cəsədlərinin qalıqları aşkarlanıb. Hərbi cinayətlər haqqında danışanların diqqətinə: Birinci Qarabağ müharibəsi dövründə 4000 azərbaycanlı itkin düşüb, onların əksəriyyətinə işgəncə verilib, öldürülüb və kütləvi qəbiristanlıqda dəfn edilib”.

Xəbər xətti