Kanada İrana qarşı sanksiyaları genişləndirir

23:12 - 3 Oktyabr 2022 - DÜNYA

Kanada insan haqlarının sistematik şəkildə pozulması səbəbindən İrana qarşı sanksiyaları genişləndirib.

Yeni sanksiyalar siyahısına 25 nəfər və 9 qurum daxil edilib.

Bu barədə oktyabrın 3-də Kanada Xarici İşlər Nazirliyindən məlumat verilib.

Tehran həmçinin beynəlxalq sülh və təhlükəsizliyi ciddi şəkildə pozmaqda ittiham olunur.

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandiri Hüseyn Səlami və Əl-Qüds xüsusi təyinatlılarının komandiri İsmayıl Qaani də sanksiyalara məruz qalıb.

Məhdudiyyətə məruz qalan hüquqi şəxslər arasında isə SEPAH-ın kibermüdafiə komandanlığı, “Evin” həbsxanası, Kəşfiyyat və Təhlükəsizlik Nazirliyi, eləcə də Qasim Süleymani Fondu var.///oxu.az

Xəbər xətti