Əri səfərbərliyə çağrılan qadın sinir krizi keçirdi: qızını bıçaqlayıb öldürdü

Rusiyanın Perm vilayətinin Bərdə kəndində dəhşətli qətl hadisəsi baş verib.

Ərinin səfərbər olunduğunu bilən qadın sinir krizi keçirib və 6 yaşlı qızını bıçaqlayaraq öldürüb. Ardınca da özü intihara cəhd edib.

Bu barədə Rusiya Federasiyasının Perm vilayəti üzrə regional İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb.

Qadın əri ilə mübahisə edib, 10 il əvvəl kəşfiyyatda xidmət edən ərini səfərbərliyə buraxmaq istəməyib. Sonra qızının otağına girib və 6 yaşlı qızını ürəyindən bıçaqlayıb. Bundan sonra qadın öz həyatına son qoymağa çalışıb.

Uşağı xilas etmək mümkün olmayıb, ana isə xəstəxanaya yerləşdirilərək əməliyyat olunub.

Faktla bağlı cinayət işi açılıb.

Məlumata görə, qadın neft quyusunda qazmaçı işləyən 29 yaşlı əri Raminlə birlikdə yaşayıb. Cütlüyün iki uşağı olub.///oxu.az

Tarix
28 Sentyabr 2022 [08:25]
Müəllif
Üç nöqtə
2022-09-28 08:25:07
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İnternetin sürətindən razısınız?
 bəli
 xeyr
 qismən
 bilmirəm
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin