Neftçalada 27 sentyabr Anım Günü qeyd olunub - FOTO

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin 02 dekabr 2020-ci il tarixli Sərəncamı ilə hər il sentyabr ayının 27-i Azərbaycan Respublikasında Anım Günü kimi qeyd edilməsilə əlaqədar olaraq Neftçala şəhərində, rayonun müxtəlif qəsəbə və kəndlərində Anım Günü tədbiri geniş şəkildə qeyd olunub keçirilib.

Ucnoqta.az xəbər verir ki, tədbirdə Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, RİH məsul şəxsləri, hüquq- mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri, din xadimləri, şəhid ailələri, qazilər və müharibə iştirakçıları iştirak edib.

İlk öncə Neftçala şəhərindəki Şəhidlər Xiyabanındakı şəhidlərin məzarı ziyarət olunub, şəhidlərimizin ruhuna dualar oxunub və tər gül çiçəkləri düzülüb. Şəhidlərin xatirəsinə ağacəkmə aksiyası təşkil olunub və rayonun müxtəlif yerlərində ağacəkmə aksiyaları keçirilib.

Tədbir iştirakçıları Neftçala şəhərinin mərkəzindəki Şəhidlər Xatirə Kompleksini ziyarət ediblər və saat 12:00-da Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların ruhu bir dəqiqəlik sükutla yad olunub.

Tarix
27 Sentyabr 2022 [20:02]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2022-09-27 20:02:18
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İnternetin sürətindən razısınız?
 bəli
 xeyr
 qismən
 bilmirəm
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin