NATO-nun baş katibi təcili iclas çağırıb

NATO-nun baş katibi Yens Stoltenberq Silahlar üzrə Milli Direktorlar Konfransının (CNAD) növbədənkənar iclasını çağırıb.

Bu barədə Şimali Atlantika Alyansının saytı xəbər yayıb.

Görüş zamanı Rusiyanın Ukraynadakı hərbi əməliyyatının nəticələri, NATO müttəfiqlərinin hərbi potensialı və sursat ehtiyatları, habelə bu sahədəki boşluqların aradan qaldırılması yollarının müzakirə edildiyi vurğulanıb.

Stoltenberq iclasdakı çıxışında tərəfdaşları silah ehtiyatlarını mümkün qədər tez doldurmağa çağırıb.

“NATO-nun hərbi arsenalının artırılması bizə Ukraynaya dəstəyi davam etdirməyə imkan verəcək”, - deyə o, bildirib.

Tarix
27 Sentyabr 2022 [21:52]
Müəllif
Üç nöqtə
2022-09-27 21:52:20
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İnternetin sürətindən razısınız?
 bəli
 xeyr
 qismən
 bilmirəm
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin