Kosmik aparat asteroidlə toqquşacaq

NASA-nın kosmik aparatı yüksək sürətlə asteroidlə toqquşacaq.

Bu addımın əsas məqsədi asteroidin uçuş trayektoriyasını dəyişməkdir.

Belə ki, kosmik aparat Dimorf asteroidin 27 sentyabr tarixində Bakı vaxtı ilə saat 03:14-də toqquşacağı gözlənilir. 

Elm adamları bu yol ilə Yer kürəsi üçün potensial təhlükə mənbəyi yaradacaq müxtəlif kosmik obyektlərin uçuş trayektoriyalarının dəyişilmə mümkünlüyünü yoxlamaq istəyirlər.

Qeyd edək ki, DART(Double Asteroid Redirection Test) adlı bu kosmik aparat təyinat nöqtəsinə 2021-ci ilin noyabr ayında yollanmışdı. Öz uçuş dövrü ərzində aparat Yerdən 11 milyon km uzaqlıqda yerləşən və 2 asteroiddən ibarət sistemə yaxınlaşmışdı.///lent.az

Tarix
27 Sentyabr 2022 [19:34]
Müəllif
Üç nöqtə
2022-09-27 19:34:19
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İnternetin sürətindən razısınız?
 bəli
 xeyr
 qismən
 bilmirəm
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin