Müddətli əmək müqaviləsi ilə ikinci iş yerində çalışmaq istəyənlər üçün vakansiya elan edilib
Ucnoqta.az xəbər verir ki, Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyində olan ümumi təhsil müəssisələrində hazırda vakant olan yerlərə müddətli əmək müqaviləsi ilə əlavə iş yerində çalışmaq istəyən müəllimlər 25 sentyabr 2022-ci il tarixədək qeyd olunan link (https://forms.office.com/r/R1zLq6FqKw) vasitəsilə qeydiyyatdan keçə bilərlər.
Qeyd edək ki, vakansiya seçimində müəllimlərin işə qəbulu və ya diaqnostik qiymətləndirilməsində iştirak edib ən azı 70% nəticə əldə etmiş və həmin rayon (şəhər) üzrə ümumi təhsil müəssisələrində hazırda müddətsiz əmək müqaviləsi ilə fəaliyyət göstərən müəllimlər iştirak edə bilərlər.
Həmçinin 1 vakant yerə 2 və ya daha artıq seçim olduqda müvafiq fənn üzrə ixtisas balı və əsas iş yerindəki dərs yükü nəzərə alınacaqdır.