Zelenski Ərdoğana təşəkkür etdi

Ukrayna Prezidenti Volodimir Zelenski Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana təşəkkür edib.

Ucnoqta.az xəbər verir ki, o, bu barədə tviter səhifəsində yazıb.
“Rusiyada əsirlikdə olan 215 nəfər geri qaytarılıb. Onların arasında Azovstal və Mariupolun 188 müdafiəçisi də var. 5 komandir Türkiyədə qalacaq. Onlar ailələri ilə görüşə biləcəklər. Buna görə Prezident Ərdoğana ürəkdən minnətdaram”,- o bildirib.

V.Zelenski, həmçinin əsirlikdəki digər şəxsləri qaytarmağa çalışdıqlarını deyib.

Qeyd edək ki, dünən R.T.Ərdoğanın vasitəçiliyi ilə 215 əsir Ukraynaya qaytarılıb. Onların arasında Ukrayna Silahlı Qüvvələrinin hərbçisi, əslən azərbaycanlı Babayev Rüstəm Arif oğlu da var.

Tarix
22 Sentyabr 2022 [12:19]
Müəllif
Üç nöqtə
2022-09-22 12:19:34
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İnternetin sürətindən razısınız?
 bəli
 xeyr
 qismən
 bilmirəm
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin