Çində keçmiş nazir EDAM EDİLƏCƏK

Çin Xalq Respublikasının keçmiş ədliyyə naziri, İctimai Təhlükəsizlik Nazirliyinin keçmiş rəis müavini Fu Çjenxua edam cəzasına məhkum edilib. 

Bu barədə ölkənin Mərkəzi Televiziyası Çin məhkəməsinə istinadən məlumat yayıb. 

"Fu Çjenxua rüşvətxorluğa görə edam cəzasına məhkum edilir. Onun edamı 2 il ərzində həyata keçiriləcək", - məlumatda deyilir.

Məhkəmə müəyyən edib ki, Çjenxua şəxsi maraqları üçün rüşvət alaraq vəzifə səlahiyyətlərindən istifadə edib. O, 117 milyon yuandan çox (təxminən 16,5 milyon dollar) rüşvət alıb.
Qeyd olunur ki, təqsirləndirilən şəxs özünü təqsirli bilib, peşman olub, həmçinin qanunsuz yolla əldə etdiyi vəsaiti qaytarıb.///unikal

 

Tarix
22 Sentyabr 2022 [11:05]
Müəllif
Üç nöqtə
2022-09-22 11:05:22
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İnternetin sürətindən razısınız?
 bəli
 xeyr
 qismən
 bilmirəm
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin