Bölgələrdə sığorta əməkdaşları üçün təlimlər keçirilir - FOTO

Aqrar Sığorta Fondu dövlət dəstəyi ilə tətbiq edilən aqrar sığorta mexanizmi barədə sığorta şirkətlərinin əməkdaşlarını məlumatlandırmaq məqsədilə Aqrar Sığorta Müştərək Sığorta Şirkətinə üzv olan Azərbaycan Sənaye Sığorta şirkətinin bölgələrdə fəaliyyət göstərən filial və nümayəndəliklərinin əməkdaşları üçün təlim keçirib.

Fonddan Ucnoqta.az-a verilən məlumata görə, Göyçay şəhərində keçirilən tədbirdə ASS-nın İdarə Heyətinin üzvü, Biznesin İnkişafı Departamentinin rəhbəri Fərid Abdurəhmanov və Aqrar Sığorta Müştərək Sığorta Şirkətinin Filial və vasitəçilərlə iş şöbəsinin müdiri Ramin İsmayılov iştirak edib.

Ramin İsmayılov tədbirdə aqrar sığorta mexanizmi, aqrar sığortanın əhatə etdiyi məhsullar, təminat verilən risklər, eləcə də Aqrar Sığorta Fondunun fəaliyyəti ilə bağlı geniş təqdimatla çıxış edib. Hazırda aqrar sığorta mexanizminin fermer və sahibkarlara 48 sığorta məhsulu və 29 risk üzrə təminat verdiyini diqqətə çatdırıb.

Təlimdə bölgələrimizdə fermerlər arasında maarifləndirmə işlərinin aparılmasının vacibliyi vurğulanıb. ASMS şirkətinə üzv olan sığorta şirkətlərinin bu istiqamətdə fəaliyyətinin önəmi qeyd olunub. Belə ki, aqrar sığorta mexanizmində sahibkarlarla fond arasında vasitəçi rolunu oynayan sığorta əməkdaşları rayon və kəndlərdə fermerlərlə görüşlər keçirir, aqrar sığortanın mahiyyəti, məqsədi, davamlı təsərrüfat fəaliyyəti üçün önəmi haqqında yerindəcə məlumat verir və fermerlərin məhsullarını sığortalaması üçün ilk addımı atmaqda onlara köməklik göstərir. 

Təlimdə sığorta əməkdaşları aqrar sığorta mexanizminin əhatə etdiyi risklər, sığorta şərtləri, ayrı-ayrı məhsullar üzrə sığorta haqlarının hesablanması, hadisə baş verdikdə ödəniş verilməsi prosesi ilə bağlı suallar ünvanlayıblar. Müzakirələr zamanı məhsulların sığortalanması ilə bağlı çoxsaylı misallar göstərilib, aqrar sığorta və ödəniş prosesi real keyslər üzərindən izah edilib. Sənaye Sığorta Şirkətinin əməkdaşları da öz növbələrində daha səmərəli fəaliyyət üçün bir sıra təkliflər irəli sürüblər.

Xatırladaq ki, «Aqrar Sığorta Müştərək Sığorta Şirkəti» ASC Aqrar Sığorta Fondunun təşkilatçılığı ilə, ölkədə qeyri-həyat sığortası sahəsində fəaliyyət göstərən və ASC-nin fəaliyyətində iştirak etmək niyyətini bildirən 7 şirkət tərəfindən təsis edilib.

Bunlar - «Paşa Sığorta» ASC, «Qala Sığorta» ASC, «Meqa Sığorta» ASC, «Azərbaycan Sənaye Sığorta» ASC, «Xalq Sığorta» ASC, «AZSIĞORTA» ASC, «Bakı Sığorta» ASC şirkətləridir.

Bütün bölgələrdə filial və nümayəndəliklərə malik olan bu şirkətlər aqrar sığorta ilə bağlı müraciətlərin qəbulu və ilkin emalından sonra Aqrar Sığorta Fonduna yönləndirilməsində mühüm rol oynayırlar.

Tarix
21 Sentyabr 2022 [11:59]
Müəllif
Üç nöqtə
2022-09-21 11:59:44
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İnternetin sürətindən razısınız?
 bəli
 xeyr
 qismən
 bilmirəm
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin