Türkiyəli iş adamı Gürcüstanda 1,5 milyonluq mətbəəni aldı

15:13 - 18 Avqust 2022 - Cəmiyyət

Gürcüstanın ən böyük mətbəə mərkəzini alan türkiyəli iş adamı xarici investisiyalı ortaqlıq çərçivəsində Tbilisidə 1,5 milyon dollar dəyərində çap müəssisəsinin sahibi olub.

Gürcüstan, Azərbaycan və Qazaxıstanda imzaladığı sazişlərlə türkiyəli iş adamlarının dünya bazarlarında səmərəliliyinin artırılmasına yönəlmiş layihələrə imza atan Bora Yazır Gürcüstanın ən böyük mətbəə müəssisəsini satın alıb.

Bundan sonra türkiyəli iş adamı Bora Yazır Gürcüstanda xarici investisiyalı fərdi ortaqlıq təşəbbüsü ilə birlikdə fəal istehsal həyata keçirən mətbəə mərkəzinə əlavə yatırımlar edərək investisiya həcmini 2,7 milyon dollara çatdıracaq.

İnvestisiyalarının 55%-lik hissəsi üçün ABŞ-ın “Goldman Sachs” bankından kredit götürən Bora Yazır və ortaqları “bu gün çap sənayesində rəqabətin keçmişə nisbətən xeyli artdığı bu çətin mühitdə, dünyanın ən böyük şirkətləri arasında yüksələrək hədəflərimizə çatacağıq. Kiçilən dünya iqtisadiyyatında böyümənin ancaq düzgün investisiya ilə təmin olunacağını vurğulayan və bu istiqamətdə yatırımlar edən bir müəssisənin rəhbəri olmaqdan şəxsim və komandam adına qürur duyuruq”, - deyə bildirərək Azərbaycan və Qazaxıstan bazarlarındakı boşluqdan xəbərdar olduqlarını və növbəti addımlarının bu bazarlar istiqamətində olacağı barədə razılığa gəldiklərini deyib.

Şirkət yatırılan yeni sərmayələrlə gündəlik istehsal gücünü 270% artıraraq həm tələblərə cavab vermək qabiliyyətini artırıb, həm də artan rəqabətdə rəqibləri qarşısında yerini təmin etməyi bacarıb.

Bora Yazır bu innovativ investisiyaların digər dövlətlərdə də davam edəcəyini açıqlayıb.

Xəbər xətti