“Ya sinəsini, ya da arxasını camaata göstərir, ...”

"Bu günlərdə Kanal S də yayımlanan "Nahara az qala" verilişində qonaq idim. Verilişin aparıcısı Eltun ilə davranışdan, mədəniyyətdən danışdıq. Mən dedim ki, bəzi aktrisalar öz hərəkətləri, davranışları ilə aktrisa adını ləkələyirlər, oralarını-buralarını açıb, ortalığa qoyurlar. Aparıcı sual verdi ki, "kimi nəzərdə tutursan, Çimnaz Sultanovanı?". Dedim ki, bəli, elə o olsun! O nə verilişdir "Çimnazla yataqda"?. Adam qonağı yataqda yox, otaqda qarşılayar. Bu nə qədər düzgündür?! Bizim verilişlərimizə düşmənlərimiz də baxır! Niyə görə hansısa bir erməni durub desin ki, filan azərbaycanlı qadın yataqda kişiləri qarşılayır. Bu bizim qadınlara yaraşan hərəkətdir? Mən Çimnazı təhqir edən sözlər deməmişəm, sadəcə olaraq bunlar mənim öz fikrimdir. Bir aktrisa, tamaşaçı kimi fikrimi söyləmişəm ki, belə geyinməkdən, davranışdan xoşum gəlmir. Düz də demişəm, sözümü danmıram, fikrimdən daşınmıram"

Ucnoqta.az xəbər verir ki, bunu moderator.az-a açıqlamasında tanınmış aktrisa Nəzakət Məmmədova deyib. O daha sonra əlavə edib.
"Çimnaz əgər bu sözlərimi mənfi reaksiya ilə qarşılayırsa, bu onun öz problemidir. Demək ki, özündə belə bir problem var ki, belə də reaksiya verir. Bu verilişin bir hissəsini instaqramda xəbər saytları paylaşmışdılar. Bəzi izləyicilər yazıb ki, "Nəzakət elə özü də elədir". Tamaşaçıya üz tutaraq deyirəm ki, biri mənə göstərsin ki, real həyatımda, yaxud da efirə çıxanda nə vaxtsa açıq-saçıq, ədəbsiz geyinmişəm! Bu heç vaxt ola bilməz! Tamaşaçı əgər mənim oynadığım obrazları nəzərdə tutub, deyirsə ki, "özü də elə Çimnazın tayıdır". Bəli, mən belə rolları oynayaraq tamaşaçıya göstərmək istəmişəm ki, "baxın ay camaat, Çimnaz kimi qadınlar da var". Həmin qadınları obrazlarım vasitəsilə lağa qoymuşam. O mənim real həyatım deyil. Mən öncə bir azərbaycanlı qadını kimi özümə hörmət edirəm, qiymət verirəm. Eyni zamanda da mənə efirdən baxan tamaşaçıma hörmət edirəm. Obrazlarım da açıq-saçıq olmayıb, ola bilər ki, danışığımda açıq-saçıqlıq olsun" deyə aktrisa bildirib.

Nəzakət Məmmədova bildirib ki, qarşı tərəf onu təhqir edir.

"O mənim instaqram səhifəmin mesaj bölməsinə ağzına gələni yazır, təhqir edir. Mən heç onun yazdıqlarını girib oxumuram, mesajları üzdən görürəm. Mən onun səviyyəsinə enmirəm, öz mədəniyyətimi saxlayaraq ona heç nə yazmıram. Amma görsəm ki, bu belə davam edir, onu məhkəməyə verib, məni təhqir etdiyinə görə təzminat alacam. Ən azından yerini bilsin, özü ilə məni bir sıraya qoymasın. Heç vaxt mən Çimnaz ola bilmərəm. Ola bilsin ki, mənim paxıllığımı çəkir, ya da indi əlinə şans düşüb ki, mənim sayəmdə özünü reklam etsin. O heç mənim ayağımın tozu ola bilməz, ayaqqabımı geyinə bilər, amma yerişimi yeriyə bilməz. O hələ gəlsin mənim savadıma çatsın! İki ali təhsilim var, həm uşaq həkimiyəm, həm də konservatoriyanı bitirmişəm. Xanımdırsa xanımlığını saxlasın, oturuşuna, duruşuna fikir versin! Heç bilinmir ki, aktrisadır, müğənnidir, nədir, o da bilinmir. O bilinir kimdir, hansı səviyyəyə, tərbiyyəyə malikdir! Ya sinəsini göstərir, ya da arxasını. Niyə görə camaatın kişisi, həyat yoldaşı sənin arxanı, sinəni görməlidir?! Məqsədin nədir? Camaatın evinə söz-söhbət salmaq, ya özünü camaata nümayiş etdirmək?! Mən imanlı xanımam, rəbbimə xidmət edirəm, heç bir pis hərəkətim yoxdur. Amma tamaşaçılardan da xahiş edirəm ki, rollarımla şəxsi həyatımı səhv salmasınlar. Onlar məni heç real həyatda tanımırlar" deyə aktrisa bildirib.

Tarix
12 Avqust 2022 [11:22]
Müəllif
Üç nöqtə
2022-08-12 11:22:14
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İnternetin sürətindən razısınız?
 bəli
 xeyr
 qismən
 bilmirəm
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin