"Neftçı" "Rapid"lə bacarmadı

01:04 - 12 Avqust 2022 - İDMAN

Bu gün Konfrans Liqasında Azərbaycan təmsilçisi "Neftçı" 3-cü təsnifat mərhələsində cavab oyununa çıxıb.

Ucnoqta.az xəbər verir ki,  Bakıda Avstriyanın “Rapid” komandasına 2:1 hesablı qələbə qazanan "ağ-qaralar" cavab qarşılaşmasında rəqiblə bacarmayıb. Avstriya klubu "Neftçi"nin qapısından 2 cavabsız top keçirərək növbəti mərhələyə yüksəlib.

11 avqust

Konfrans Liqası

3-cü təsnifat mərhələsinin cavab oyunu

22:30. “Rapid” (Avstriya) – “Neftçi” (Azərbaycan) - 2:0

Qol: Qrüll, 67, Druif, 113
Baş hakim: Rahit Saqqi (Norveç)
Vyana. “Veststadion”
İlk oyun – 1:2

Xəbər xətti