Bu rayon xəstəxanasında araşdırmalara başlanılıb

14:57 - 11 Avqust 2022 - Xəbər

Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında araşdırmalara başlanılıb.

"Report"un əldə etdiyi məlumata görə, hazırda İdarə tərəfindən xəstəxanada araşdırma aparılır.

Baş Prokurorluğun Mətbuat Xidməti faktı təsdiqləyib.

Bildirilib ki, araşdırmaların nəticəsi barədə əlavə məlumat veriləcək.

Xəbər xətti