Baş prokuror Şamaxıda vətəndaşları qəbul edəcək

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Baş prokuror Kamran Əliyev cari il avqustun 18-də saat 10:00-da Şamaxı rayon prokurorluğunun inzibati binasında Şamaxı, Qobustan, Ağsu və İsmayıllı rayon sakinlərinin qəbulunu keçirəcək.

Bu barədə Ucnoqta.az-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, vətəndaşların qəbulla bağlı qeydiyyatı və Şamaxı rayonuna gəlmələrinin təşkili müvafiq rayon prokurorları tərəfindən həyata keçiriləcək.

Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin (012) 361-14-07 nömrəli telefonu və [email protected] elektron poçt ünvanı, eləcə də prokurorluğun sosial şəbəkələrdəki səhifələri (instagram, facebook, telegram, twitter) vasitəsilə də qəbula yazıla bilərlər.

 

Tarix
10 Avqust 2022 [15:50]
Müəllif
Üç nöqtə
2022-08-10 15:50:09
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İnternetin sürətindən razısınız?
 bəli
 xeyr
 qismən
 bilmirəm
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin