Rusiya hərbçiləri İran dronları ilə təlimlərə başladı

Rusiya hərbçiləri İran dronlarından istifadə üzrə təlimlərə başlayıblar. Bu, Ukraynada müharibənin davam etdiyi vaxtda Rusiyanın bu silahları əldə etmək niyyətində olduğunu göstərir.

Ucnoqta.az xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb.
"Bir neçə həftədir Rusiya hərbçiləri İrandan dronların alınmasına dair razılaşma çərçivəsində İranda təlim keçirlər”, - ABŞ-ın rəsmi nümayəndəsi CNN-ə deyib.
O bildirib ki, bu yaxınlarda təlimlə bağlı kəşfiyyat məlumatlarının məxfiliyi ləğv edilib.

CNN bundan əvvəl xəbər vermişdi ki, Rusiya nümayəndə heyəti pilotsuz döyüş təyyarələrini yoxlamaq üçün iyun ayından bəri ən azı iki dəfə İranın mərkəzindəki aerodroma baş çəkib. Həmin vaxt İranın Rusiyaya “Şahid-191” və “Şahid-129” PUA-larını nümayiş etdirdiyi bildirilir.

ABŞ prezidentinin müşaviri Ceyk Sallivan hələ iyulda İranın Rusiyaya Ukraynaya qarşı müharibədə istifadə oluna biləcək yüzlərlə PUA satmaq niyyətində olduğunu açıqlamışdı.   ///teleqraf.com

Tarix
10 Avqust 2022 [13:23]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2022-08-10 13:23:52
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İnternetin sürətindən razısınız?
 bəli
 xeyr
 qismən
 bilmirəm
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin