"Murov qartalı" şəhid polkovnik-leytenantın xatirəsi yad edilib - Foto

20:01 - 12 İyul 2022 - Cəmiyyət

"Murov qartalı" şəhid polkovnik-leytenant Raquf Orucovun əziz xatirəsi yad edilib.

Ucnoqta.az xəbər verir ki, "ZƏFƏR" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin, "ASAN Könüllüləri" Təşkilatının və "ASAN Radio"nun birgə təşkilatçılığı ilə Ağdamda yerləşən Şahbulaq ərazisində və vaxtı ikən Raquf Orucovun komandirlik etdiyi N saylı hərbi hissədə "Murov qartalı" şəhid Raquf Orucovun anadan olmasının 50-ci ildönümünə həsr olunmuş tədbir həyata keçirilib.

Mərasimdə "ZƏFƏR" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Alızadə çıxış edib.
Tədbirin keçirilməsində əsas məqsəd böyük zəfərin başlanğıcı olan Aprel döyüşlərində qəhrəmancasına şəhid olan "Murov qartalı" ləqəbi ilə yaddaşımıza həkk olunan polkovnik-leytenant Raquf Orucovun əziz xatirəsini yad etməkdir.
 


Xəbər xətti