Bakının mərkəzində partlayış - VİDEO (Yenilənib)

00:14 - 12 İyul 2022 - Xəbər

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Səbail rayonunda, H.Z.Tağıyev küçəsində rabitə quyusunda partlayış olması barədə məlumat daxil olub. Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.
 
Ucnoqta.az bu barədə FHN-ə istinadən xəbər verir.
  İlkin məlumata əsasən, rabitə quyularından birində partlayış baş verib, yeraltı kommunikasiya xətlərində yanğın olub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb. Hadisənin səbəbi müvafiq qurumlar tərəfindən araşdırılır.
  23:40

Bakının mərkəzində kanalizasiya quyusunda partlayış olub.

Ucnoqta.az xəbər verir ki, partlayış “Tarqovı” kimi tanınan Nizami küçəsində baş verib.

Belə ki, küçədə kanalizasiya quyularından birindən əvvəlcə tüstü qalxmağa başlayıb. Daha sonra kanalizasiya quyusunda partlayış olub. 

Hadisə yerinə polis və FHN əməkdaşları cəlb olunub.
İlkin ehtimala görə, hadisəyə səbəb quyuya qaz yığılması olub.
 

Xəbər xətti