Buzovna çimərliyinə çəkilən sədd söküldü - FOTO

19:08 - 4 İyul 2022 - Cəmiyyət

Ötən həftə Bakının Xəzər rayonunun Buzovna kəndi çimərliyində insanların çimərliklərə çıxışına mane olan hasarların, tor şlaqbaumların və şlaqbaumların sökülməsi işlərinə başlanılıb.

Ucnoqta.az xəbər verir ki, yerli sakinlərin caliber.az-a verdiyi məlumata görə, Bakı şəhər İcra Hakimiyyətinin əməkdaşları tərəfindən aparılan söküntü işləri davam edir və iş tempi daha da sürətləndirilir.

Sahilin hasarlardan azad edilmiş ərazisi ictimai çimərliklərə birləşdiriləcək. Yerli sakinlər artıq həmin əraziyə baş çəkib və orada simvolik piknik keçiriblər. 


Xəbər xətti