Sumqayıtda 3 azyaşlı analarının sevgilisi tərəfindən döyüldü - FOTO

16:48 - 30 İyun 2022 - HADİSƏ

Sumqayıtda azyaşlının döyülməsi ilə bağlı cinayət işi açılıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev məlumat verib.

Bildirilib ki, faktla bağlı Sumqayıt şəhər Polis İdarəsində Cinayət Məcəlləsinin 128-ci (Qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsi ilə cinayət işi açılıb: “İstintaq hərəkətləri davam etdirilir. İstintaq çərçivəsində təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsipləri təmin olunacaq”.

Qeyd edək ki, sosial şəbəkədə yayılan məlumatlara görə, Sumqayıtda 3 bacı analarının tanışı tərəfindən fiziki zorakılığa məruz qalıb. Sumqayıt şəhər 4-cü Polis Bölməsi tərəfindən 12 iyun 2022-ci ildə təhqiqat başlanıb. Uşaqlar təhlükəsizlik baxımından Uşaq Sığınacağına yerləşdirib.


Xəbər xətti